!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektorla sabiq deputat arasında qaz qalmaqalı – “O, küçə söhbətləri edir”

!Reklam – Yazi

скачанные файлы (1)Sabiq millət vəkili Nazim Məmmədov Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlini yalançılıqda ittiham edib.

Bu barədə o, sosial şəbəkədə yazıb.

N.Məmmədov bildirib ki, Gədəbəyin Düzrəsullu, Şınıx kəndinin qazlaşdırılması üçün vaxtı ilə ölkə prezidentinin, baş nazirin, “Azəriqaz” rəbərliyinin, və Maliyyə Nazirliyinin yanında məsələ qaldırıb. Bütün bunlardan sonra sözügedən kəndin qazlaşdırılmasına nail olub. Amma Avrasiya Universitetin rektoru Nazim Hüseynli onun işinə kölgə salaraq kəndlərin qazlaşdırılması ilə bağlı məsələni öz adına çıxarıb.

Sabiq deputat hesab edir ki, bu, N.Hüseynli tərəfindən ona qarşı “anti-təbliğat” kampaniyasıdır.

Sabiq deputat daha bir maraqlı məqamı da diqqətə çatdırıb. Bildirib ki, qaz tenderini udub pulun yarısını mənimsəyən Hacı adlı iş adamı N.Hüseynlinin dostudur.

Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Əliyev isə AzNews.az-a açıqlamasında sabiq deputatın seçki ərəfəsində manipulyasiyalarla məşğul olduğunu deyib: “Sabiq millət vəkilinin professor haqqında işlətdiyi ifadələr bir ziyalıya yaraşmır Bu ifadələrin arxasında gələcəyə hesablanan niyyətlər durur. Nazim Hüseynlinin Gədəbəyin sərhəd bölgəsi olan Düzrəsullu kəndinə qaz çəkilişində hər hansı bir əməyi olubsa bu təqdirə layiq haldır.

O cümlədən bu işdə sabiq millət vəkilinində hər hansı bir töhvəsi olubsa onu da alqışlayırıq. Gədəbəy rayonu təkcə Şınıx bölgəsindən ibarət deyil və qaz çəkilişləri də dövlətin birbaşa nəzarəti və layihələri əsasında, tender yolu ilə həyata keçirilir. Adıçəkilən kəndin maye-qazla təmin olunmasında tenderin qalibinin professorun yaxın dostu olması gərək ki, hörmətli iqtisadçımızı narahat etməməli idi. Çünki bu kəndə qaz çəkilişi illər öncə baş verib. Seçkilərin yaxınlaşması ərəfəsində bu cür dezinformasiyalarla manipuliyasiyalara lüzüm yoxdur. Nazim Hüseynli kəndə qaz çəkdirməsə də, yüzlərlə mütəxəssislər yetişdirib və onların içərisində millət vəkilləri də az deyil. Məncə bu kifayət edir”.

Ş.Əliyev vurğulayıb ki, indiyə qədər heç bir deputat və ya iş adamı Gədəbəydə qaz çəkilişi ilə məşğul olmayıb: “Sabiq deputat küçə söhbətləri edir, o iştirak etdiyi sünnət toylarında, başıdumanlı adamların qeyri-ciddi dedi-qoduları ilə təlimatlanır”.

Ş.Əliyev hesab edir ki, əgər N.Məmmədov gələcəyə hesablanan addımlar atmaq istəyirsə, ifadələrində diqqətli olsun: “Mən bilən 1992-ci ildə hörmətli Nazim Məmmədov Rusiyada bizneslə məşğul idi. Ancaq professor Nazim Hüseynli öz kəndində igid oğullarımızla yan-yana olub. Heç olmasa bunu qeyd etsin. Hörmətli ziyalımız İzzət Rüstəmovun yanında fotolar çəkdirməklə hər hansı bir tədbirə şərik olmaq olmaz. Haqqında olmazın ifadələr işlətdiyi Nazim Hüseynli isə İzzət Rüstəmovun bacısı oğlu, milli qəhrəman Məzahir Rüstəmovun qohumudur. Görünür sabiq millət vəkili bunları unudub”(aznews).

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv