!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektorun bankında dələduzluq qalmaqalı - Cinayət işi açıldı

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yenicag.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 17-də davam etdiriləcək.

İttihama görə, A. Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib./FED/

Qeyd edək ki, bank sabiq millət vəkili, Odlar Yurdu Universiretinin rektoru Əhməd Vəliyevə məxsusdur.

www.yenicag.az

1884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv