Rəmiş doğum günündə Gülünü ağlatdı: “Maşını divara çırpıb, özümü öldürəcəm”

Bu gün xalq artisti, sevilən sənətkar Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.

73 yaşını tamamlayan gitaraçı təəssüratını Yenicag.az-la bölüşüb.

“Doğum günlərimdə çox kövrək oluram, danışa bilmirəm. Mənim üçün bu dünyada ən böyük hədiyyə həyat yoldaşım Gülüdür. O, Tanrının məni qorumaq üçün göndərdiyi mələkdir. Arzularımı da bilir, həyatımı da. O, mənim ürəyimdir, arzularımı ondan eşidin”.

Gülü Rəmişin arzularını belə dilə gətirdi:

“Rəmiş hər ad günündə kövrəlir. Yəqin yaş üstünə yaş gəldiyi üçün məyus olur. Bunun dəqiq səbəbini bilmirəm, çünki heç vaxt onun niyə kövrəldiyini soruşmuram. Mən Rəmişi həmişə öz dünyası ilə baş-başa qoymuşam. Onun azadlığına hörmətlə yanaşmışam. Bu dəfə də Rəmiş kövrəldi və gecəyarısına qədər yatdı. Yuxudan oyatdım ki, Rəmiş, dur ad gününü qeyd edək. Onu heç vaxt belə kədərli görməmişdim. Dedi ki, Gülü, sənə bir şey olsa, maşını divara çırpıb özümü öldürəcəm. Dedim, ağzından yel alsın… Rəmiş mənim üçün Allahın ən böyük hədiyyəsidir. Allah məni ondan qabaq öldürsün”.

Gülü onu da bildirdi ki, Rəmişə ilk hədiyyəni özü verib:

“Hər il Rəmişə brilliant qaşlı üzük bağışlayıram. Bu dəfə də üzük hədiyyə etdim. O, brilliant qaşlı üzüyü çox sevir, özü də bahalı oğlandır axı. Çoxlu zənglər gəlir, hamı onu təbrik edir”.

Cəvahir

COP29