Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tapşırığı ilə xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Unikal.org-a sənətkarın həyat yoldaşı Güllü Hüseynova məlumat verib:
“Sağ olsun Mehriban xanım göstəriş verdi. Rəmiş Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Hazırda o, reanimasiyadadır. Səhhəti ilə bağlı mənə hələlik məlumat verilməyib.”