Reklam

Reklam

Tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin həmkarı, xalq artisti Rəmişlə bağlı açıqlaması qarşı tərəfi özündən çıxardıb.

Yenicag.az-a açıqlama verən Rəmiş həmkarına səslənib:

“Mən efirdə kimin adını çəkərəm, kimin adını çəkmərəm, bu, mənim işimdir. İfasını bəyəndiyim gitara ifaçılarının adını həmişə çəkmişəm. Bunlar Nofəl, Elman, Hacı, Ramin Bərdəli Rafiqdir. Amma sənin adını çəkmirəm, çünki ifanı dinləməmişəm. Nə vaxt dinləsəm, onda qiymət verərəm. Adını çəksəm, bu, reklamın olar. Səninlə işim yoxdur, otur yerində, elə eləmə ki, ağır cavab verim. Mənimlə işin olmasın. Heç vaxt sənətkarlara qısqanclıqla yanaşmıram. Mən həmin oğlanam ki, Gürcüstanda məclisdə gitara ifa etdim. Bir milyarder ev qiymətinə olan brilyant üzüyünü barmağından çıxarıb mənə bağışladı. Bunu mən yox, həmin toyda olan İslam Rzayev özü görüb danışıb. Əksinə, sənət adamları məni qısqanır, toylara getməyimə imkan vermirlər. Soruşanda ki, “Rəmiş hardadır”, deyirlər, “Azərbaycanda yoxdur””.

Qeyd edək ki, Rəhman Məmmədli saytımıza açıqlamasında Rəmişlə bağlı belə deyib:

“Həmişə gözləyirəm ki, efirdə mənim də adımı çəksin, sənətimdən danışsın. Ən azı desin ki, bizdən sonra da sənətkarlar yetişir, onlardan biri də Rəhmandır. Amma bunu demir. Qoy cavab versin ki, niyə adımı çəkmir? Bunun bir adı var – qısqanclıq. Gitara Rəmişlə, Rəhmanla bitmir ki… Bizdən sonra da sənətkarlar yetişir, hər kəsin haqqıdır ki, onun da adı çəkilsin”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5818
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.