Renat millimizdə debütündən danışdı: “Bu qədər bəsimdir”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qələbə qazandıqları (5:1) oyundan sonra fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, o, debüt etdiyi matçla bağlı bunları söyləyib:

“Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır. İndi davamlı olaraq çalışmaq, növbəti oyunlarda yaxşı çıxış etmək lazımdır. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmağı bacaracğıq. Norveçlə oyundan öncə də demişdim ki, Azərbaycandan başqa heç bir yığmada oynamayacağam. Bu gün az oynadım, amma mənim üçün bunun fərqi yoxdur. Şadam ki, baş məşqçimiz bu oyunda mənə şans verdi. Hələlik, bu qədər bəsimdir. Öz üzərimdə çox çalışmalıyam”.