!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Renault" zavodu alışdı - Fəhlə yandı

!Reklam – Yazi

Fransanın “Renault” avtomobil istehsalı zavodunda yanğın olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın zavodda avtomobil rəngləmə kamerasının içərisində təmir işləri aparılarkən baş verib.

Məlumata görə, yanğın zamanı 58 yaşlı şəxs 3-cü dərəcli yanıq xəsarətləri alıb. Yaralı Mets şəhər xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 60 nəfər və 20 ədəd texnika cəlb olunub.

Yanığının zavodun ümumi işinə hər hansı bir təsiri olmadığı qeyd edilib.

Qeyd edək ki, bu zavod Mert və Moselle şöbəsinin ən böyük sənaye müəssisəsidir, təxminən 2,8 min nəfər işləyir.

www.yenicag.az

4674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv