!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində masterklaslar davam edir

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “ArtColab” rəssamlıq kursunun dəstəyi ilə həyata keçirilən “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində masterklaslar davam edir.

Yenicag.az xəbər verir ki, rəssam Casiyət Abdullayeva tərəfindən “ArtColab” rəssamlıq kursunda karantin qaydalarına əməl olunaraq baş tutan masterklaslar zamanı gənclər kətan üzərində yağlı boya ilə rəsm çəkib, həvəskar yaradıcılıq nümunələri ərsəyə gətiriblər. Qısa müddət ərzində layihədən artıq 100-ə yaxın gənc yararlanıb.

Qeyd edək ki, “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə “Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində baş tutur.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv