Kanadalı reper Con Ceyms Makmürrey bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az xəbər verir ki, 34 yaşlı sənətçi Britaniya Kolumbiyası əyalətində klip çəkilişi zamanı təyyarədən yıxılıb.
Belə ki, o, təyyarənin qanadında tryuk göstərməyə çalışıb. Bu zaman təyyarə həmin qanadı üstdə əyilib və pilot idarəetməni itirib.
Qeyd edək ki, reper həmin an paraşütdən istifadə etməyə çalışsa da, artıq gec olub.