!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqəmlərin arxasında gizlənən xəzinə - Məşhur rəssamın Bakı sərgisi

!Reklam – Yazi

“Qalereya 1969” sərgi salonunda Gürcüstanda yaşayan soydaşımız, rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb.

Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Rizvan İsmayılın bu sərgil ilə iki ölkə arasında mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verdiyini bildirib..

Sonda Rizvan İsmayıla Mədəniyyət Nazirliyinin xüsusi mükafatı təqdim olunub.

Qeyd edək ki, Rizvan İsmayıl rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır.

Onun əsərləri Paris, İstanbul, Lüksemburq və digər şəhərlərdə sərgilənib.

Cəvahir

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv