!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqləndi

!Reklam – Yazi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının 12 nəfərdən ibarət aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Kollegiyanın sədr

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavinləri
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar
naziri
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə
Heyətinin sədri
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin
(Azərkosmos) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi Aparatının rəhbəri
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin
direktoru.”.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv