Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rəqəmsal jurnalistikaya doğru” proqramına start verilib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə III “Rəqəmsal jurnalistikaya doğru” proqramına start verilib.

Yenicag.az xəbər verir ki, proqrama informasiya agentlikləri, qəzetlər və informasiya portallarında çalışan 22 iştirakçı qatılıb. 22 iyul – Milli Mətbuat Gününə həsr olunan proqramın ilk günündə iştirakçılar üçün “Ənənəvi mediadan rəqəmsal mediaya” və “Medianın əsasları” mövzularında vörkşoplar təşkil olunub. İnteraktiv formatda davam edən proqram çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Vörkşoplar iyulun 16-dək davam edəcək. Növbəti mərhələdə proqram iştirakçıları mükafat fondu 2200 AZN təşkil edən müsabiqədə iştirak edəcəklər. Həmçinin proqramı uğurla başa vuran bütün iştirakçılar xüsusi sertifikatla təltif olunacaqlar.

Proqramda, həmçinin sosial medianın jurnalistikada istifadəsi, blogerliyin əsasları, qlobal rəqəmsallaşmada Azərbaycan, elektron hökumət layihələri, startap fəaliyyəti, süni intellekt və s. kimi maraqlı mövzular yer alacaq.

Proqramın ilk iki dalğası ötən il reallaşdırılıb və böyük marağa səbəb olub. “Rəqəmsal jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.

Gülşən Şərif

www.yenicag.az

225
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100