!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Rəqib daha inamlı idi” - Qurban Qurbanov

!Reklam – Yazi

Bu gün Astanada Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Yenicag.az xəbər verir ki, millimizin çalışdırıcısı 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdu. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.

www.yenicag.az

1353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv