“Rəqib sürətli hücumlar edən komandadır” – Qurban Qurbanov

“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”.

Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq./Report/

COP29