Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Rəqibə hörmət etmək lazımdır" - Riçard Almeyda

Reklam: High Technic

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldovanın “Şerif” klubunu qəbul edən “Qarabağ” meydandan qolsuz bərabərliklə ayrılıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən ağdamlıların yarımmüdafiəçisi Riçard Almeyda 0:0 hesabı ilə başa çatan matçı şərh edib.

Braziliyalı oyunçu qələbə üçün əllərindən gələni etdiklərini bildirib:

“Futboldu, hər şey baş verir. Səfərdə daha bir oyun var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür. “Şerif” iki taktika ilə oynayır: beşli müdafiə və 4-1-4-1 düzülüşü. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq. Hansı komanda daha güclü olsa, sevinən tərəf də o olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.”

Yenicag.az

www.yenicag.az

379
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM