!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəqqasə Zərifə Qurdun klipində: “Burada “+18” heç nə yoxdur” - VİDEO

!Reklam – Yazi

Rəqqasə Zərifə Əliyeva Qurd ləqəbi ilə tanınan reper Fərid Eminovun “Dingildə” adlı klipinə çəkilib.

Rəqqasə yeni kliplə bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Çəkidiyim kliplərin demək olar ki, sayını itirmişəm. Nadir Qafarzadə, Xatun, Elvin Babazadə, Talıb Tale və digər məşhurların klipində rəqqasə kimi rol almışam. İzləyicilər tərəfindən çox də sevilib.

Qurd dəfələrlə məni kliplərinə dəvət edib. Hər dəfə deyirdim ki, mən çəkiləcəyim klipdə rəqqasə kimi çıxış etmək istəyirəm. Belə də oldu”.

Reper Qurdun klipləri “+18” kliplər kimi məşhurlaşıb. “Bu klipdə açıq-saçıq səhnələr yer aldımı?” sualını rəqqasə belə cavablandırıb:

“Açığı deyim ki, mən hər zaman geyimlərimdən çox rəqs elementləri ilə fərqlənməyə çalışıram. Çünki önəmli olan rəqs məharətimi göstərməkdir. Bu klipdə də heç bir açıq-saçıqlıqdan söhbət gedə bilməz. Klipdə “+18” heç nə yoxdur”.

Klipi təqdim edirik:

Cəvahir

www.yenicag.az

918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv