!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəqqasənin vətənpərvərliyini dəyərləndirən, qəhrəmanları “unudan” KABİNET GENERALLARI - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Rəqqasə Fatimə Fətəliyeva “Vətənpərvərlik işində xidmətlərinə görə” medalla təltif edilib. Təbrik edirik. Fatimə Fətəliyevanın medal almasına bir sözümüz yoxdur.

Fatimə Fətəliyeva Müdafiə naziri Zakir Həsənova təşəkkür edib. Məsələ ondadır ki, müharibədə xidmətlərinə görə yüzlərlə hərbçi medalsız, diqqətsiz qaldı. Zakir Həsənov nə əcəb onları da görmür?

Müharibə vaxtı dəfələrlə olduğum hospitallardan biri də Sarcalı hospitalı idi. Həmin hospitalın həkimləri mərkəz Sarcalı ilə yanaşı Ağcakənddəki xəstəxanaya, Kəpəz dağının ətəyindəki səyyar hospitala, bundan əlavə bir neçə hərbi hissəyə ezam olunublar. Sarcalı hospitalı haqqında bir faktı da deyim, bu xəstəxana yeganə hospitallardan biri idi ki, müharibə vaxtı gətirilən heç bir yaralı dünyasını dəyişməyib. Yalnız bir yaralı şəhid olub, o da təcili tibbi yardım maşınında. Bunları niyə yazıram? Çünki həmin hospitalın heç bir həkimi müharibədən sonra təltiflərdə heç bir medala layiq görülməyiblər. Təbii ki, hər biri bundan narazı idi. Hətta tərxis olmaq üçün raportlar da yazmışdılar. Əvəzində isə korpusun tibb xidmət rəisi medal alanlar siyahısında oldu. Müdafiə Nazirliyi tabeliyində olduğu həkimlərin xidmətlərinə niyə dəyər vermir?

Hesab edək ki, bu daxildə olan işlərdir, mətbəxləridir, özləri bilər deyək. Bəs çoxlu sayda həkim könüllü olaraq hospitallarda işlədilər, həm canlarını təhlükəyə atdılar, həm də canlar xilas etdilər, onlara bir “Təşəkkürnamə”, bir medal niyə verilmədi? Rəqqasə hərbçilərin qarşısında oynayanda vətənpərvərlik olur, həkim yaralını sağaldanda, mərmi altında işləyəndə başqa şey? “Başqa şey”in yerinə ağır ifadə işlədəcəkdim, oxuculardan ayıbdır.

Döyüşlərdə iştirak edib, bir çox əməliyyatlara qatılıb, yaralananlar da var arasında medal almayan, ancaq müharibə gedən əraziyə belə yaxın getməyib çoxlu sayda medal alanlar var. Həmin şəxslər “nə etmişik, vətən üçün etmişik” deyirlər, abırlarına qısılıb, səslərini çıxarmırlar, bəs sizin abrınız hanı?

Müharibə vaxtı Ağdam rayonunda 40-dan çox könüllü postlarda xidmət apardı. Əsgərindən, zabitinə qədər hər biri “qocalar” burada olmasa, nə edərdik bilmirik deyirdi. Onlara nə bir sənəd verildi, nə də sağ ol deyildi. Budur ədalət? Cəhənnəm medal, adlarını siyahıya salmamaq nə idi? Zakir Həsənov, şəxsən sizə neçə dəfə müraciət edilib, dəfələrlə Müdafiə Nazirliyinə gəlinib, çoxmu çətin idi onlara sənəd vermək? Rəqqasəyə medal verəndə düşünmürdünüz ki, bu suallar sizə veriləcək?

Müharibə vaxtı öhdəsinə düşməsə də xalq əsgərlərə hər cür yardım etdi. Niyə öhdəsinə düşməsə də, çünki Dövlət büdcəsindən ən çox pul ayrılan qurum məhz Müdafiə Nazirliyidir. Əsgəri hər şeylə təmin etmək məhz nazirliyin boynunun borcu idi. Başa düşdük, yemisiniz, talan etmisiniz, xalqa təşəkkür etməyə sözünüz nədir? Bu günə qədər bir dəfə xalqa təşəkkür etməmisiniz, cənab nazir. Niyə? Ümumiyyətlə, rəqsin hərbi vətənpərvərliklə bir əlaqəsi var? Bəlkə mən bilmirəm, əlaqəsini bilənlər yazar, deyər, öyrənərəm.

www.yenicag.az

1676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv