Rəqsanə övladını itirdi

355427Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib.

Sənətçi bu haqda sosial şəbəkədə yazıb:

“Məni sevənlər, dəyər verdiklərm, bu aralar çəkə bilmədiyim bir dərd məni üstələdi. Elə şeylər var ki, yaza bilmirəm, amma ürəyim doludur. Çox yaxın bir itki yaşadım. Yazmaq da, demək də, çox çətindir. Artıq on gün keçib, amma ayağa durmalıyam və olanlarla barışmalıyam. Allah səbr verəndir. Tanrım heç kimə acı dərd göstərməsin. Vaxt gələr bir gün yaşadığım bu dərdləri sizlərlə bölüşərəm. Amma indi hazır deyiləm. Bunları yazdım, az da olsa, rahatlıq tapdım”.

Qeyd edək ki, bir müddət əvvəl R.İsmayılovanın hamiləlik xəbəri yayılmışdı. İfaçı özü bunu təkzib etsə də, ifaçının bəzi yaxınları xəbərin doğru olduğunu demişdi. Hamiləliyi ağır keçən müğənninin övladını itirdiyi deyilir.(Axşam)