Rəqsanə qızının nişanlandığını dedi, Aysun ƏSƏBLƏŞDİ: “Anamın dediklərini…”

“Yenidən ailə qurduğum zaman bunu özümdən eşidəcəksiniz”.

Yenicag.az xəbər verir ki, müğənni Aysun İsmayılova ikinci dəfə ailə quracağı ilə bağlı anasının dediklərini təkzib edib.

Özü haqqında yayılan xəbərlərdən əsəbləşən sənətçi “Yenidən ailə qurduğum zaman, bunu özümdən eşidəcəksiniz, bir də bu barədə də heç bir efirdə danışmayacağam”, – deyib.

Qeyd edək ki, qızının yenidən ailə qurması barədə xəbəri müğənni Rəqsanə İsmayılova bir neçə gün öncə “Günə son” verilişində açıqlayıb.

O, Aysunun bir vəkillə nişanlandığını, qış aylarında toyunun olacağını deyib. Qızı isə anasının elə demədiyini, fikirlərinin montaj olunduğunu bildirib.

Xatırladaq ki, Eşqin adlı şəxslə ailə həyatı quran Aysunun toyunda anası Rəqsanə iştirak etməmişdi. O, bunu qızının həmin adamla evliliyinin əleyhinə olması ilə əsaslandırmışdı. Cütlük bir müddət sonra boşanıb.

Cəvahir

COP29