Dəhşətdir, biabırçılıqdır. Bu insan ümumiyyətlə, canlı oxuya bilmir. Yaşlanıb, cavanlığı da hədərə, puça gedib”.
Yenicag.az xəbər verir ki, bu sözləri Rəqsanə İsmayılova “ATV Maqazin 10larla” proqramının “33 sual” rubrikasında dilə gətirib.
“Oxuya bilmədiyi üçün toydan uzaqlaşdırılan məşhur kim olub?” sualından pərişan vəziyyətə düşən sənətçi “Həmin məşhurun adını açıqlamaq istəmirəm. Nəyimə lazımdır?”, – deyərək sualdan yayınıb.
Hər zaman sözü üzə deməsi ilə tanınan Rəqsanə şou aləmdə “oxu atıb, yayı gizlədən” həmkarların sırasına qatılıb. (oxu.az)