“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır”.
Yenicag.az xəbər verir ki, bunu hüquqşünas Cavanşir Seyidov deyib.
O, bildirib ki, hazırkı vəziyyətdə istintaq prosesinin daha da uzancağını düşünür.
“Bir hüquqşünas kimi deyə bilərəm ki, Rəşad Dağlı cinayətinin istintaq prosesi uzana bilər. Baş verən hadisə ağır cinayət olduğu üçün istintaq prossesi 4 aydan daha uzun müddət davam edə bilər, yəni proses uzana bilər”.
C. Seyidov meyxanaçının may ayında baş tutacaq “qızıl amnistiya”ya düşmə ehtimalı ilə bağlı isə bunun real olmadığını deyib:
“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır. Lakin Rəşad bəyin prossesində bu real görünmür, yəqin ki, istintaq müddəti uzanacaq. Onun may ayında baş tutacaq amnistiyaya düşməsini ehtimal etmirəm”. /Referans.az/