“Rəşad Dağlının sözünü kəsmək istəyiblər” – Masallıdakı toyda qalmaqal

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb.

Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gedən Rəşad Dağlı və Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Nəticədə toy mərasimi yarımçıq dayandırılıb.

Yenicag.az-a açıqlama verən hər iki meyxanaçının yaxın dostu və həmkarı İntiqam Sumqayıtlı hadisənin təfərrüatlarını danışıb:

“Mən Nicatın adından danışıram, çünki yaxın dostuq. Toy yarımçıq qalmayıb. Toyda Masallıdan olan gənc meyxanaçılar Rəşad Dağlının sözünü kəsməyə istəyiblər. Qafiyəni də Rəşad açıbmış. Bu məqamda Nicat ortalığı sakitləşdirməyə çalışıb. Lakin onun bu səyi Rəşadın xətrinə dəyib və o Nicatdan inciyib. Meyxanaçılar sonradan barışıblar. Əslində mən də o toyda olmalıydım. Amma başqa bir tədbirə getdiyim üçün iştirakım baş tutmadı”.

Davada adı hallanan meyxanaçılarla telefon əlaqəsi yaratmağa çalışsaq da, bizə “alo” deyən olmadı. Söz xiridarlarının susqunluğundan belə aydın olur ki, meyxanaçılar arsında əlbəyaxa dava həqiqətən də baş verib.

Qeyd edək ki, xəbəri ilk olaraq, “Qafqazinfo” saytı yayıb.

Cəvahir

COP29