Rəşad İsmayılov qətərli nazir ilə görüşdü – FOTO

14 fevral 2019-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov yeni təyin olunmuş Qətər Dövlətinin inzibati inkişaf, məşğulluq və sosial əlaqələr naziri Yusif bin Mohammad Əl-Osman Faxru ilə görüş kecirib.

Səfir, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə naziri məlumatlandırıb. Azərbaycan və Qətər arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən səfir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Qətər ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Yusif bin Mohammad Əl-Osman Faxru əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün nazirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

COP29