Rəşad Sadıqov: “Deməyə söz tapa bilmirəm”

Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.

Yenicag.az xəbər verir ki, təcrübəli müdafiəçi bu görüşdə ən yaxşı oyunlarını nümayiş etdirdiklərini bildirib:

“Oyun haqda çox danışmaq istəmirəm. Azərbaycan futbol tarixinin ən vacib matçı idi. Ən yaxşı oyunumuz və ən üzücü məğlubiyyətimiz də elə bu qarşılaşma oldu. Deməyə söz də tapmıram”.

Yenicag.az

COP29