Rəşad Sadıqov düşdüyü qəzadan danışdı

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gün avtomobil qəzasına düşüb.

O, idarəetməni itirərək 10-RS-014 dövlət mömrə nişanlı “Range Rover” markalı maşınını yolun kənarındakı maneə dirəyinə çırpıb.

Yenicag.az saytına açıqlama verən təcrübəli futbolçu qəza ilə bağlı bunları deyib:

“Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Sağlamlığımda da hər hansı problem yoxdur. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm”.