Rəşad Sadıqov Lüksemburqda azarkeşləri belə sakitləşdirdi – VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Düdelanj” – “Qarabağ” oyununda baş verən erməni təxribatı zamanı Ağdam klubunun kapitanı Rəşad Sadıqovun stadionda olan azərbaycanlı azarkeşləri sakitləşdirməsi videosu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, təcrübəli müdafiəçi fanatlara yaxınlaşaraq meydançaya daxil olmamalarını xahiş edib və Lüksemburqdan üç xalla qayıtmağın ən vacib məsələ olduğunu bildirib.

Azarkeşlər isə kapitana onun sözünə əməl edəcəklərini deyiblər.

Qeyd edək ki, təxribatdan sonra azərbaycanlı azarkeşlərdən bəziləri meydana girərək qondarma bayrağı götürməyə cəhd edib. Yerli polis həmin şəxslərə qarşı zor tətbiq etməyə çalışsa da, “Qarabağ”ın futbolçuları buna imkan verməyib. // Oxu.az