Rəşad Sadıqov millidən gedir – Kapitanın sonuncu matçı…

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, təcrübəli kapitan milli ilə vidalaşır.

“Futbol+” qəzetinin məlumatına görə, 35 yaşlı futbolçu üçün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçın sonuncu olacağı bildirilir.

Qeyd edək ki, sözügedın qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.

 

 

COP29