Rəşad Sadıqov: “Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan – Norveç oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb:

Leif Gunnar Smerud (Norveç U-21 yığmasının baş məşqçisi): “Çox çətin oyun oldu. Rəqib bizə qarşı güclü oynadı. Taktiki baxımdan baş məşqçiləri yaxşı hazırlaşmışdı. Futbolçularım yalnız ikinci hissədə həyəcanını boğa bildi və lazım olan qolları vurduq. Bu qələbə bizə çox lazım idi”.

Rəşad Sadıqov (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “Yaxşı komandaya qarşı mübarizə apardıq. Norveç və Almaniya qrupumuzun favoritidirlər. Onlar artıq Almaniyanı məğlub ediblər. Norveç qrup oyunları zamanı Kosovoya öz səhvindən məğlub oldu. Bu gün uşaqlar rəqibə layiqli müqavimət göstərməyə çalışdılar. Bəzən alındı, bəzən isə istədiyimizi reallaşdıra bilmədik. Futbolçularımızın istəkli olmaları və sonadək mübarizə aparmaları sevindiricidir. Pis oynamadıq. Ümumilikdə komandadan narazı qalmadım”.

COP29