Rəşad Sadıqovdan Mədətovla Şeydayevə dəvət

Antalyada təlim-məşq toplanışında olan U-21 millimizə yeni futbolçular çağırılıb.

Yenicag.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov “Qarabağ”ın futbolçuları Mahir Mədətov və Ramil Şeydayevi yığmaya dəvət edib.

Qeyd edək ki, ilkin heyətdə adları açıqlanan Murad Xaçayev və Qismət Alıyev də Antalyada təlim-məşq toplanışında olan millimizin hazırlıq prosesinə qoşulublar.