Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
Yenicag.az xəbər verir ki, “Alanyaspor” klubunun nəzdindəki U-21 komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.
Türkiyə təmsilçisinin qapısına qolları Nicat Süleymanov, Elnur Cəfərov və Ülvi İskəndərov vurub.
Qeyd edək ki, bu, U-21 millimizin yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altındakı ilk oyun idi.