Reklam: High Technic
hightechnic

Rəşad Sadıqovlu millimiz Gürcüstana məğlub oldu

Reklam: Sinerji Pro

Bu gün futbol üzrə Azərbaycanın U-20 milli komandası yoxlama oyunu keçirib.

Yenicag.az xəbər verir ki, gənclərimiz Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gəliblər.

Mərdəkandakı “Dalğa Arena”da keçirilən oyunda hesabı millimiz açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbə qazanıblar.

Rəşad Sadıqovun yetirmələri bu ay daha iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Belə ki, Makedoniyanın U-21 millisi mayın 24-də və 27-də seçmə komandamızın qonağı olacaq. Bu görüşlər də “Dalğa Arena”da keçiriləcək.

Yoxlama oyunu
16 may

Azərbaycan – Gürcüstan 1:2
Qollar: Ziya Əzizov, 66 – David Muciri, 79. David Samurkasovi, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Mərdəkan. “Dalğa Arena”.

www.yenicag.az

699