Rəşad Sadiqovun yeni klubu açıqlandı

Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqovun yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Neftçi” ilə anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Sadiqov son olaraq “Zirə”də çıxış edib.

Maraq üçün onu da bildirək ki, “Neftçi”nin yeni baş məşqçisi də bəlli olub. Bakılılara bundan sonra Tərlan Əhmədov rəhbərlik edəcək.