51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanovun növbəti görüşü Əniğ kənd sakinləri ilə olub.
Deputatlığa namizəd hər bir çıxışında qeyd edib ki, Azərbaycan artıq 90-cı illərdəki kimi deyil:
“Ölkəmiz güclü və qüdrətli dövlətə çevrilib. Heç bir namizəd və ya millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin. Çünki Ulu öndər Heydər Əliyevin siyasəti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatları nəticəsində bütün sahələrdə modernləşmə gedir və su, qaz və işıqla bağlı məsələlər də öz həllini tapır.
Millət vəkilləri isə bu islahat və proseslər zamanı daha aktual olan məsələləri qabardaraq, sürətli həll yolu təklifi irəli sürə bilərlər. Bütün bu proseslər ölkəmizi daha da çiçəklənməyə doğru aparacaq!”