!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reşat Kəsəmənli: "Bu sevgiyə görə Allah o günahı bağışlayar və bağışlayıb da"

!Reklam – Yazi

“Mənə görə həqiqətən sevgi böyükdür. Düzdür, dinimizə görə intihar günah sayılır, amma bu sevgiyə görə Allah o günahı bağışlayar və bağışlayıb da”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Reşat Kəsəmənli 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar qəbul olunan 30 iyun Sevgililər günündən danışarkən deyib.

Aktyor bu gün elə sevgilərin az olduğunu bildirib:

“Böyük sevgilər üçün mütləq hörmət lazımdır. Hesab edirəm ki, İlhamla Fərizə arasında böyük hörmət və dostluq əlaqəsi olub. Sevgili olmaqdan da əvvəl insanlar dost olmalıdır. Çünki bir hədəfə bir zəncirlə bağlanarsansa, o zəncir qırılanda hər şey qırılır. Amma bir neçə zəncirlə bağlanarsansa, biri qırılanda digərləri bərpa olunana qədər o birilər onu saxlayar.

Onların arasında o qədər böyük dostluq, hörmət və doğmalıq olub ki, Fərizə yoldaşını itirəndə bütün bağların itirildiyini və bu bağları başqa heç kimdə tapa bilməyəcəyini başa düşüb. Mənə görə sevgi budur.

Sevgi sadəcə xarici görünüşə görə bağlanmaq deyil, elə adam var 3-4 gün görür, internetlə onu axtarır və onu sevirəm, evlənəcəyəm deyir.

Bu gün də var əsl sevgilər, amma çox azdır. Problem bundadır ki, bəzi insanlar hər hissinin adını sevgi qoyur. Amma sevgi bütün hisslərin cəmidir, sevgini ucuzlaşdırmaq olmaz”.

Cəvahir

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv