!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reşat Kəsəmənlidən SƏRT SÖZLƏR: “Məhəllə dedi-qodularının efir variantı yaranıb…”

!Reklam – Yazi

“İndi məhəllə dedi-qodularının efir variantı yaranıb…”

Bunu sosial verilişlərdə şəxsi həyat və problemlərin müzakirə olunması ilə bağlı fikirlərini bölüşərkən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor tamamilə bunun əleyhinə olduğunu bildirərək belə verilişlərə qarşı çıxıb:

“Bu gün kimin nə şəxsi problemi var, sosial verilişlərə çıxıb “ay insanlar belə bir şəxsi problemim var, gəlin bunu müzakirə edək” deyir. Bu, dedi-qodunun müasir formasıdır. Əvvəllər hər məhəllədə bir-iki nəfər dedi-qoduçu qadın və onların çevrəsi olardı. Təəssüflər olsun ki, indi həmin məhəllə dedi-qodularının efir variantı yaranıb.  Kimlərinsə şəxsi həyatını efirə çıxarıb, başlayırlar onu müzakirə etməyə. Hərənin də ağzından bir avaz gəlir. Hərə öz xasiyyətinə uyğun başlayır bu məsələni təhlil etməyə. Üstüörtülü formada əxlaqsız əxlaqsıza haqq qazandırmağa çalışır. Yaxud da düşdüyü çətin vəziyyətdə heç də düzgün qərar verə bilməyən bir adımı gətirib otuzdururlar həmin verilişdə, o da başlayır millətə ağıl verməyə. İnan ki, orada insanlara ağıl verənlərin 70-80 faizi reklam üçün efirə çıxanlardır. Tamamilə bunun əleyhinəyəm.”.

Cəvahir

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv