!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşid Behbudov yaradıcılığı Nyu-York radiosunda

!Reklam – Yazi

Nyu-Yorkun məşhur “Davidzon Radio”sunun “Karavan” verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.

Yenicag.az xəbər verir ki, veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.

Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan “Karavan” verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

www.yenicag.az

4296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv