Rəsmən açıqlandı: Ronaldoya ağır cəza!

İspaniya Superkubokunun ilk oyunu çərçivəsində keçirilən “Barselona” – “Real” (1:3) matçında qırmızı vərəqə alan Kriştiano Ronaldonun cəzası açıqlanıb.

Yenicag.az xəbər verir ki, ulduz futtbolçu 5 oyunluq cəzalandırılıb. Bu barədə məlumatı İspaniya Futbol Federasiyası yayıb.

Cəzanın 4 oyunluq qismi qırmızı vərəqə aldıqdan sonra futbolçunun oyunun baş hakimini itələməsinə görədir. Maraqlıdır ki, diskvalifikasiya İspaniya çempionatı oyunların da şamil olunur.

Yenicag.az