Rəsmi Ankaradan İsveçə “YAŞIL İŞIQ”: “Qərb və ABŞ-Türkiyə münasibətlərində dəyişiklik…”

“Türkiyə bütövlükdə NATO bloku və ABŞ üçün mühüm əhəmiyyətə malik ölkədir”.

Bunu rəsmi Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsinin Türkiyə-Qərb münasibətlərinə təsirindən danışan politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, indiyə qədər münasibətlər necə olubsa, bundan sonra da elə davam edəcək:

“Qısamüddətli zaman kəsiyində ABŞ-nin İsveçin NATO üzvlüyü ilə bağlı məsələdə üzərinə götürdüyü müəyyən öhdəlikləri qismən yerinə yetirməsi müşahidə oluna bilər. Amma, ümumilikdə, Türkiyəyə qarşı münasibət dəyişməyəcək. Çünki bu münasibətlər geosiyasi xarakter daşıyır.
Türkiyə bütövlükdə NATO bloku və ABŞ üçün mühüm əhəmiyyətə malik ölkədir. Ancaq buna baxmayaraq, xüsusilə ABŞ-nin terror təşkilatlarını dəstəkləməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi ilə bağlı konkret addımlar atmaması uzunmüddətli perspektivdə Qərb, o cümlədən ABŞ-Türkiyə münasibətlərində dəyişiklik olmayacağını deməyə əsas verir. Əsas məsələ Türkiyənin güclənməsidir ki, bu da, göründüyü kimi, onların maraq çərçivəsinə daxil deyil”.

Nəsimi Ələsgərli

COP29