Rəsmi Bakı Pakistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq” – qeyd olunub.