RƏSMİ: Bakıda içki və tütün məmulatlarının dəyəri artdı

2022-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15 247,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8 532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,0 faiz azalaraq 6 714,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 faizi isə paytaxtın məhsul bazarlarında realizə edilib.