Rəsmi Kiyev ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında mümkün görüş barədə açıqlama verib.
Yenicag.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak danışıb.
O bildirib ki, Zelenski ilə Tramp arasında erkən görüş gözlənilir.
“Biz Trampın andiçməsindən dərhal sonra rəsmi danışıqlara və məsləhətləşmələrə başlamaq əzmindəyik”, – deyə o qeyd edib.
Xatırladaq ki, Zelenski ilə Tramp arasında ən son görüş Fransa Prezidenti Emmanuel Makronun müşayiəti ilə ötən ilin dekabrında baş tutub. Görüş cəmi 20 dəqiqə çəkib.
ABŞ-nin yeni seçilmiş prezidenti Ukrayanın Rusiyaya güzəştə getməsi tərəfdarıdır.