Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib.
O ildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur. Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”./unikal/