!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi qəzetlər Obama və Kerrini nə zamana qədər “vurmayacaq”?

!Reklam – Yazi

fdfd

Aydın Mirzəzadə:  “Hesab edirəm ki, ABŞ-a pozitiv münasibətlər çoxalacaq”

Sərdar Cəlaloğlu:  “Nə zaman ki,  ABŞ ölkəmizdə demokratiya ilə bağlı ortalığa ciddi mövqe qoyacaq, Azərbaycan hökuməti yenə də dədə-baba qaydası ilə  Vaşinqton əleyhinə piar aparacaq”

Bu yaxınlara qədər Azərbaycanın bir sıra rəsmi mətbu orqanlarında ABŞ və bütövlükdə Qərb əleyhinə yönəlik yazılara tez-tez rast gəlirdik.  Rəsmi qəzetlərdə az qala hər gün ABŞ bu və ya digər məsələdə suçlanırdı. Yəni Qərb əleyhinə tənqidi yazılar rəsmi mətbuatda üstünlük təşkil edirdi.  Bu hal xüsusən də özünü  ABŞ Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi məsələsi gündəmə gələn andan daha kəskin şəkildə göstərməyə başlamışdı.  Amma  bununla belə Azərbaycan prezidenti  martın 30-da Vaşinqtona səfər edərkən  yüksək səviyyədə qarşılandı.  Eyni zamanda,  burada onun iştirakı ilə mühüm görüşlər oldu. Bu fonda gözləmək olarmı ki,  ABŞ əleyhinə olan yazılar  yenə də davam etsin? Yoxsa, artıq buna ehtiyac yoxdur?

Yenicag.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili  Aydın Mirzəzadə bu qənaətdə olduğunu bildirdi ki, mətbuatda  və cəmiyyətdə ABŞ-la bağlı pozitiv münasibətlər çoxalacaq:  “Mətbuat azaddır və kimin nə yazacağını əvvəldən müəyyənləşdirmək düzgün olmaz.  Hər kəs mövqeyinə, düşündüyünə, yaxud düzgün hesab etdiyi məsələyə görə mövqeyini bildirməyə bundan sonra da azaddır.  Amma bununla belə hesab edirəm ki, ABŞ-a pozitiv münasibətlər çoxalacaq.  Çünki, Azərbaycan rəhbərinin ABŞ-da yüksək səviyyədə qəbulu,  Azərbaycan problemlərinin dinlənilməsi və ona reaksiya verilməsi, ən əsası Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi  Amerika haqqında müsbət fikirlərin çoxalmasına səbəb olacaq.  Eyni zamanda, iki dövlət arasında əməkdaşlığın getdikcə genişləndirilməsinin, birgə maraqlar kəsb edən məsələlərin müzakirəsi və üzərində işlənilməsi məsələsi də dəfələrlə qaldırıldı.  Bunlar mətbuatda ABŞ haqqında pozitiv yazıların çoxalmasına səbəb olan faktorlardandır”.

ADP sədri Sərdar Cəlaloğlu isə düşünür ki, Ağ Ev yenə də demokratiya məsələsini önə çəkərsə, Azərbaycanda bu ölkəni yeri gəldi-gəlmədi tənqid edən yazılar davam edəcək:  “ABŞ üçün Azərbaycan mətbuatının onun haqqında nə yazıb-yazmadığının heç bir əhəmiyyəti yoxdur.  Guya Azərbaycan hökuməti ABŞ-la dost olsa, Vaşinqton nə itirər, düşmən olsa nə itirər.  Azərbaycanda  ABŞ və Avropa ilə bağlı bəzi hakimiyyət rəsmilərinin verdiyi bəyanatlar  ancaq daxili auditoriyaya hesablanmışdır.  Onlar  arxada başa düşürlər ki, ABŞ və Avropa ilə əlaqələri pozmaq mümkün və düzgün deyil.  Bunun baş verməsi həm Azərbaycan dövləti və xalqının, həm də hakimiyyətin şəxsi maraqlarına ziddir.  Sadəcə olaraq zaman-zaman daxili auditoriya üçün Qərb əleyhinə kəskin bəyanatlarla çıxış  edirlər.  Amerikada demokratiyanı öndə görmək istəyən qüvvələrə qarşı guya bununla güc nümayiş etdirirlər.  ABŞ-ın burada maraqları təkcə demokratiya ilə bağlı deyil, qeyri maraqları da var. Ona görə də Azərbaycam hökuməti ABŞ-ın digər maraqlarına xidmət etdikcə Amerika tərəfindən də birmənalı  şəkildə düşmən ölkə elan olunmayacaq.  Fikrimcə, bundan sonra da, nə zaman ki,  ABŞ ölkəmizdə demokratiya ilə bağlı ortalığa ciddi mövqe qoyacaq Azərbaycan hökuməti yenə də dədə-baba qaydası ilə  Vaşinqton əleyhinə piar aparacaq. ABŞ bu məsələyə göz yuman anda isə onunla dostluq edəcək”.

ELÇİN/YENİCAG.AZ

 

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv