Rəsmi Tallinn Rusiyadan fevralın 1-dən etibarən Estoniyadakı diplomatlarının sayını 8-dək azaltmasını istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 11-də Rusiyanın Estoniyadakı səfiri qərarla bağlı məlumatlandırılıb.
Qərara əsasən, Moskvadan 2023-c il fevralın 1-dən əməkdaşlının sayını azaltmaq istənilib. Estoniyanın tələbinə görə, Rusiya səfirlikdəki diplomatların sayını 8-ə, inzibati, texniki və xidmət personalı əməkdaşlarının sayının 15-ə qədər azaltmalıdır.
Qeyd edək ki, hazırda Rusiyanın Estoniyadakı səfirliyində 21 diplomat, 23 ezam olunmuş əməkdaş işləyir./Report/