Rəsmi Tbilisi ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləmək istəyir

Biz ABŞ-də “dərin dövlət”in nəhayət, məğlub ediləcəyinə böyük ümidlər bəsləyirik və bu halda Gürcüstana qarşı münasibət başdan sona dəyişəcək.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Bir daha vurğulayırıq ki, biz yeni administrasiya ilə yaxın əməkdaşlıq etmək istəyirik. Əlavə olaraq, strateji tərəfdaşlığı hər iki tərəf üçün konkret nəticələri əks etdirəcək yol xəritəsi ilə təmiz səhifədən yeniləmək istəyirik. Bunun üçün fəal işləyəcəyik”, – Kobaxidze qeyd edib.