!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Tehranın anti-Azərbaycan mövqeyi: "İranın provokasiya cəhdi..."

!Reklam – Yazi

“Azərbaycan həm diplomatik tərzdə, həm də hərbi təlimlərlə İrana yerini göstərib”.

Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə İran parlamentinin sədri Məhəmməd Qalibafın görüşündə gərginliyin müşahidə olunması ilə bağlı nüansa toxunan
siyasi şərhçi Aqşin Kərimov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın Azərbaycana qarşı davranışının kökü ölkənin təməl siyasətində böyük güc sahibi olan radikal hərbi-siyasi-dini dairələrə gedib çıxır:

“Bu gün İbrahim Rəisi prezident olmasaydı, Məhəmməd Qalibaf parlament sədri kürsüsündə əyləşməsəydi belə, İran eyni qərəzli və çirkin ritorikasını nümayiş etdirəcəkdi. Lakin yenə də hansısa platformada müzakirələr gərginliyin azalması üçün bir vasitədir. Azərbaycan İrana dediyini deyib, həm diplomatik tərzdə, həm də hərbi təlimlərlə yerini göstərib. Məhəmməd Qalibaf ilə Sahibə Qafarova arasında görüş İran tərəfinin müraciəti əsasında reallaşsa da, görüşün motivi molla rejiminin ənənəvi məntiqsiz tezisini çatdırmaq şakəri üzərində qurulub. Bu baxımdan Qafarova-Qalibaf görüşü söz atışmaları ilə müşayiət edilib. Bütün hallarda İran tərəfinin bu görüşü provokasiyaya çevirmək cəhdi uğursuz alınıb”.

Gülşən Şərif

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv