Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən mobil operator “Nar” müstəqilliyimizin 100-cü ilində Bakıda maraqlı aksiya keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar” şəhər sakinlərinə dövlət bayrağının rəmzi olaraq üçrəngli lentlər hədiyyə etdi.
Yenicag.az xəbər verir ki, aksiya yalnız şəhər mərkəzini deyil, Bakının müxtəlif bölgələrini də əhatə edib. Nar əməkdaşlarının da iştirak etdiyi bayraq aksiyası şəhər sakinlərinin böyük marağına səbəb olub. Aksiyadan hazırlanın xüsusi videonu isə “Nar”-ın rəsmi “Facebook” səhifəsindən (fb.com/narofficial) və digər sosial səhifələrdən izləyə bilərsiniz.
Qeyd edək ki, dövlət müstəqilliyinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar” abunəçiləri üçün müxtəlif kampaniyalar keçirir. Bu kampaniyalara qoşulmaqla abunəçilər “Nar”-dan pulsuz danışıq dəqiqələri və mobil internet əldə edə bilərlər. Kampaniyalar haqqında məlumatları nar.az səhifəsindən əldə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.