Respublikaçılar gələn həftə Kevin Makkartini devirməyə hazırlaşır

Bir qrup ifrat sağçı Nümayəndələr Palatasının respublikaçıları gələn həftənin əvvəlində Kevin Makkartini Nümayəndələr Palatasının spikeri vəzifəsindən uzaqlaşdırmaq cəhdi hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Qeyd edilir ki, bu, hökumətin fəaliyyətinin mümkün dayandırıması zamanı Nümayəndələr Palatasının işini iflic edəcək. Onlar bu vəzifəyə Minnesota ştatından olan Tom Emmeri gətirmək istəyirlər. Bu kampaniyada iştirak edən konqressmenlərin fikrincə, Emmer onların narahatlıqlarına daha həssasdır və mühafizəkar nəticələr əldə etməkdə daha uğurlu olacaq.

İki həmsöhbətin bildirdiyinə görə, Emmerin özü, spiker postunu əldə etmək və ya Makkartinin istefasını dəstəkləmək istəyib-istəmədiyini söyləməyib. “Mən spiker Makkartini tam dəstəkləyirəm. Bunu o da bilir, mən də bilirəm. Məni saray intriqaları maraqlandırmır. Müzakirənin sonu”, o, “The Washington Post”a şərhində deyib.

Nəşrin məlumatına görə, ifrat sağçı konqressmenlərin bu plana uyğun hərəkət edib-etməyəcəyi hələ bəlli deyil. Bəlkə də, bu, sadəcə olaraq Makkartinin ciddi narazılıq xəbərdarlığıdır. Bəzi qanunvericilər Makkartinin vəzifədən kənarlaşdırılmasının “qaçılmaz” olduğunu və buna cəhd etmək üçün uyğun anı gözlədiklərini vurğulayırlar./qaynarinfo