Respublikamızın avtomobil yollarında hərəkətə nəzarət gücləndirildi

Respublikamızın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, ötən il 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb. Burada polisin əsas məqsədi hərəkət iştirakçılarını cəzalandırmaq yox, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini həyata keçirməkdir.

Bu, vacib və şərəfli vəzifələrdən olan insanların həyat və sağlamlığının avtoqəzalardan qorunmasına xidmət etməklə yanaşı, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almağa yönəlib.