Restoranda dava salan nazir istefa verdi

Slovakiyanın Ekologiya naziri Laslo Solimos vəzifəsindən istefa verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı dövlət məmuru Bratislavadakı restoranlardan birində içkili vəziyyətdə dava saldığına görə istefaya məcbur olub.

Qeyd edək ki, dava zamanı nazir restoranın işçilərinə hücum edərək onlardan birinə xəsarət yetirib. Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini Solimosu qəbul edib və hadisə ilə əlaqədar vətəndaşlardan üzr istəməsini tələb edib.